«TENTORİUM» kremi

tentorium kremTƏRKİBİ: bərəmum (propolis), arı mumu, xam arı zəhəri, bitki yağı, distillizə edilmiş su, kamfora yağı, qıtıqotu ekstraktı Təsiri:
• iltihaba qarşı;
• qaşınmaya qarşı;

• şişkinliyə qarşı;
• hipofizar-adrenal sistemin fəaliyyətini aktivləşdırır;
• qan dövranını və toxumalarda maddələr mübadiləsini stimullaşdırır;
• bərpa edir;
• ümumi möhkəmləndirir;
• ağrıkəsici;
• bakteriostatik, bakterisid;
• mikroblara qarşı;
• isidicidir;
• orqanizmin ümumi tonusunu qaldırır.
«Tentorium» kremi orqanizmin sağalması məqsədilə istənilən proqram üçün çoxməqsədli universal vasitədir.
Aşağıdakı xəstəliklərdə tövsiyə olunur:
• ürək-damar və sinir sisteminin problemləri;
• yaddaşın zəifləməsi, baş ağrıları, əl-ayağın qıc olması;
• uşaq beyin iflici;
• osteoxondroz, poliartrit, oynaq birləşmələrində hərəkətliliyin zəifləməsi (massaj);
• soyuqdəymə;
• ağır və xronik revmatizm, əzələ və oynaqlarda revmatik ağrılar, podaqra, bursit;
• lümbaqo, oturaq sinirinin iltihabı;
• üçlü sinirin iltihabı;
• prostat vəzisinin adenoması;
• ağrılı keçən aybaşılar, klimaks, mastopatiya;
• əzilmələr, qançırlar, çapıqlar, sıyrılmalar, vətərlərin gərilməsi;
• görmə və eşitmə qabiliyyətinin zəifləməsi;
• böyrəklərdə ağrılar;
• diş ağrısı;
• dəri problemləri, qızıl yel iltihabı, furunkul;
• damarların varikoz genişlənməsi;
• saçın tökülməsi;
• idmançılarda məşqlərdə yorğunluq.
İstifadə qaydası: fasiləsiz istifadə müddəti maksimum 3-4 aydır. Qrip, ağır respirator virus infeksiyaları, sinusit, rinit, ağır və xronik otit xəstəliklərində qaymor və alın boşluqları proyeksiyası olan nayihələrə, burunun selikli boşluğuna sürtmək lazımdır. Otit xəstəliyində isə hər gün 2 həftə ərzində gündə 3-4 dəfə qulaq seyvanı ətrafına sürtmək lazımdır. Baş ağrılarında gicgah və boynun ardını, qaşların altını nöqtəvi masaj etmək lazımdır. Stenokardiya, ürək aritmiyası, yaddaşın zəifləməsi üçün kibrit başı ölçüsündə krem dilin altına qoyulur və nöqtəvi masaj edilir (gicgah, diz oynaqlarının altındakı nöqtələr, əllər və boyun), gecə müddətinə applikasiyalar etmək arzuolunandır. Böyrəklərdə ağrılar üçün krem bel nayihəsinə sürtülür və kibrit başı ölçüsündə dilin altına qoyulur. Ağrılı keçən aybaşılar vaxtı krem bel-oma sümüyünə və qarının alt hissəsinə sürtülür. Mastopatiyada krem masaj etmədən süd vəzilərinə vurulur. Kurs 30-40 gün davam edir. Prostatit, prostat vəzinin adenoması üçün krem qarın nayihəsi və ağrılı yerlərə vurulur. Gözlərin zəifləməsində gicgah, diz oynaqlarının altındakı nöqtələr, əllər və boyunun nöqtəvi masajını gecə müddətinə eləmək arzuolunandır. Damarların varikoz genişlənməsi halında kremi «Apibalzam 1» 1:1 nisbətində qarışdırmaq lazımdır. Masaj etmədən pəncədən başlayaraq yuxarıya doğru yüngül hərəkətlərlə damardan 1 sm məsafəyə sürtmək lazımdır. Soyuqdəymədə kremi bioloji fəal zonalara (qaşüstü qövslər, üçüncü göz nöqtəsi, burun ətrafında nöqtələr və qaymor boşluqları, çənə batığı, qılıncvari çıxıntı, ayaq-baldır əzələləri, dabanlar və pəncələr) sürtmək lazımdır. Krem xardal yaxmasını əvəz edir, onu kürək və sinəyə sürtüb, istidə tərləmək lazımdır. İnhalyasiya üçün kremi bıçağın ucunda əridib özünü buğa vermək lazımdır. Cərrahi əməliyyatdan sonra krem yara yerinə vurulur, o, yaranı tez sağaldır və elastik edir. Diş ağrısında krem tənzif sarğıya sürtülür və diş ətinə qoyulur. Krem masaj üçün 10 gün müddətinə istifadə olunur. Kurslar arasında 10 günlük fasilələrdə krem masaj olunan yerlərə applikasiya edilir. Radikulit, artroz, revmatizm, poliartrit, əzələ ağrıları, travmalarda krem masaj üçün istifadə olunur.  

   
   
© TENTORIUM