ARI ZƏHƏRİ

7  Arı zəhəri arıçılıq məhsullarının ən «qorxulusudur». O, çox güclü immun stimulyator və immun modulyatordur: onun cüzi miqdarı insan orqanizminə xeyli təsir edir, məhz buna görə arı zəhərinin orqanizmə daxil edilməsi prosedurları mütləq

həkim-apiterapevtin nəzarəti altında aparılmalıdır.

  «Tentorium» şirkətinin bəzi məhsullarının, misal üçün, «Tentorium» kreminin tərkibində arı esensiyası (arı zəhərinin mikro dozası) vardır ki, bu məhsulları çox effektiv və eyni zamanda, tamamilə təhlükəsiz edir. Bu krem-mazların təsiri arı zəhərinin unikal ağrıkəsici xüsusiyyətlərinə əsaslanmışdır. O da vacibdir ki, arı zəhəri daxil edildiyi yerdə spesifik damar reaksiyası yaradır və bu, müalicəvi maddələrin orqanizm toxumalarının dərinliklərinə keçməsinə imkan verir. Qanı durulaşdırmaqla arı zəhəri ürək-damar sisteminin gərgin işini azaldır, ağrı sindromunu lokallaşdırır və dayandırır.

  Bu fakt məlumdur ki, qadınlar, donorlar və arıçılar daha çox yaşayırlar. Bu fizioloji xüsusiyyətin səbəblərindən biri qanın müntəzəm yeniləşməsidir. Arıçılarda arı zəhəri qana keçəndə oxşar proseslər baş verir. Məhz buna görə «Tentorium» şirkətinin kremlərinin təsir mexanizmi bir çox digər mazlardan xeyli dərəcədə effektivdir: kremlər nəinki ağrıkəsici təsirə malikdir və konkret nəticə verir, onlar həmçinin qanı «yeniləşdirə» bilir. 

   
   
© TENTORIUM