BƏRƏMUM (PROPOLİS)

2  Bitkilərin yarpaq tumurcuqları qətranlı maddələri ifraz edir (onların tərkibində xeyli miqdarda fitonsidlər, efir yağları, muma bənzər maddələr, spirtlər və s. vardır) və beləliklə, cavan budaqların rüşeymlərini müxtəlif xoşagəlməz

amillərdən və xəstəlik törədən orqanizmlərdən qoruyur. Arı çox dəyərli propolis məhsulunu yığıb hasil edərkən bütün bu maddələrdən istifadə edir.

  Arılar bərəmumun iki növünü hasil edir: tikinti məqsədləri üçün yüksək mum tərkibli bərk növü və yuvanı infeksiyalardan qorumaq üçün qatı növü. Bitki tumurcuqlarının qatranına öz vəzilərinin şirəsini əlavə edərək arılar propolisin kimyəvi tərkibini mürəkkəbləşdirir və beləliklə onu unikal edir. Bərəmumun qatranlı maddələrinin toplandığı bitkilər bakterisid xüsusiyyətlərə malikdir.

  Bərəmumun əsas tərkib hissələri güclü antioksidant fəallığa malikdir və şişə qarşı əhəmiyyətli təsir göstərir.

  Yüksək keyfiyyətli bərəmumun tərkibində 70%-dək qatranlı maddələr və arı vəzilərinin şirəsi var.

  «Tentorium» şirkətinin yeni texnologiyaları bərəmumun ən dəyərli tərkib hissəsi olan artepilin C-ni (onun xüsusi çəkisi bərəmumun ümumi çəkisində 5%-dən çox deyil) bizim məhsulda seçib istifadə etməyə imkan verdi. Artepilin C öz bioloji fəal xüsusiyyətlərini ayırma prosesində şunqit mineralı ilə iki dəfə distillizə edilmiş suda əldə edir.

  Elmi araşdırmalara əsasən, şunqit mineraldan süzülmüş maye müalicəvi xüsusiyyətlərə malik olur. Şunqit mineraldan süzülmüş su öz strukturunu dəyişir və «diri su» keyfiyyətini əldə edir və bu, çoxsaylı xəstəliklərin profilaktikasına və fəal uzunömürlülüyə kömək edir.

  Bunun sayəsində arı məhsulları doğrudan təkrarolunmaz və çox effektlidir! Bərəmumun (propolisin) əsas tərkib hissələri:

  • bitki qatranları (50-55%);

  • mum – yüksək karbon turşuları və yüksək spirtlərin mürəkkəb qarışığı (30%-dək);

  • efir yağları (8-10%);

  • polisaxaridlər;

  • aminturşular;

  • bitki mənşəli fenollar;

  • makro və mikroelementlər (Ca, Mg, P, K, Mn, Co, Zn, Cu);

  • mineral duzlar;

  • vitaminlər (A, B1, B2, B6, C, E, PP, pantoten turşusu);

  • qlikozidlər;

  • aşılayıcı maddələr.

  Təsiri:

  • antibakterial, viruslara qarşı və göbələklərə qarşıdır;

  • ağrıkəsicidir;

  • yaraları sağaldır;

  • iltihaba qarşıdır;

  • büzücüdür;

  • qaşınmaya qarşıdır;

  • şüalanmaya qarşıdır;

  • dezodorasiya edir;

  • zəhərlənməyə qarşıdır;

  • antioksidantdır (hüceyrədaxili piylərin oksidləşməsinə mane olur və bu, şişlərin profilaktikasında və uzunömürlülük üçün vacibdir);

  • ümumi möhkəmləndiricidir;

  • damarların spazmasını aradan qaldırır;

  • sinir sistemini sakitləşdirir;

  • yuxunu yaxşılaşdırır;

  • astenik vəziyyətləri aradan qaldırır;

  • kapilyarların kövrəkliyini azaldır;

  • arterial təzyiqi azaldır;

  • maddələr mübadiləsini və toxumaların regenerasiyasını (bərpasını) stimullaşdırır;

  • hepatoqoruyucu təsir göstərir;

  • orqanizmin qoruyucu reaksiyalarını stimullaşdırır;

  • həzm yolunda faydalı mikrofloranı qoruyub saxlayır və antibiotiklərdən fərqli olaraq disbakterioza səbəb olmur;

  • orqanizmdən xolesterinin çıxarılmasına kömək edir;

  • patoloji hüceyrələri zəiflədir;

  • xərçəng hüceyrələrinin inkişafını zəiflədir;

  • qan törəməsini stimullaşdırır;

  • qanın laxtalanmasını və onun tromb yaranma meylini azaldır;

  • orqanizmin təmizlənməsinə kömək edir;

  • həzm funksiyasını yaxşılaşdırır;

  • orqanizmin möhkəmliyini və çalışqanlığını artırır;

  • daxili sekresiya vəzilərinin vəziyyətini yaxşılaşdırır.

  Aşağıdakı xəstəliklərdə tövsiyə olunur:

  • ateroskleroz, hipertoniya, stenokardiya;

  • nevrit, nevralgiya, müxtəlif mənşəli ensefalopatiya;

  • donma, yanıqlar və şüa zədələnmələri;

  • çətin sağalan yara və xoralar;

  • saçların tökülməsi, keçəllik, seboreya ekzeması, gənclərdə ziyil, epidermofiliya, neyrodermit, piodermiya, çiban və karbunkul;

  • oynaq problemləri;

  • radikulit, pleksit, bursit, artrit;

  • trixofitiya və psoriaz;

  • əl və ayaq dərisinin çatlaması, dərinin vaxtından əvvəl qocalması;

  • ağız boşluğu selikli qişasının, dişlərin və diş ətinin iltihabı;

  • gözlərin yaralanması, yanıqları, gözdə buynuz təbəqəsinin yarası, konyuktivit, keratit, katarakt;

  • osteomielit;

  • eşitmə yolunun çibanı, orta qulağın iltihabı, ağır eşitmə;

  • haymorit və digər əlavə burun boşluqlarının iltihabı, rinit;

  • soyuqdəymə və qrip;

  • xronik tonzilit, faringit;

  • ağır və xronik bronxitlər və ağciyərin iltihabı, bronxial astma;

  • ağciyər, bronxlar, limfatik düyünlər, böyrəklərin vərəmi, dəri vərəmi;

  • viruslu infeksiyalar;

  • baş ağrıları; miqren;

  • xronik qastrit, mədə və onikibarmaq bağırsağın yarası;

  • öd daşı xəstəliyi, xronik hepatitlər, xolesistit;

  • ağır və xronik enterit və kolit;

  • düz bağırsağın çatlaması, babasil;

  • sidik ifrazı yollarının və böyrəklərin pozulması;

  • qalxanvari vəzin hiperfunksiyası;

  • yerli keyitmə;

  • orqanizmin təmizlənməsi;

  • mastit, uşaqlıq boynunun eroziyası, uşaqlıq yolunun trixomonad, göbələk və bakteriyalı iltihabı;

  • toxum kisəsi və prostat vəzinin xronik pozuntuları, prostat adenoması;

  • xoşxassəli və bədxassəli şişlər;

  • maddələr mübadiləsinin pozulması, astenik vəziyyətlər, immunitetin zəifləməsi.  

   
   
© TENTORIUM