BAL

3   Bal arı ailəsinin nektarı və nektara bənzər maddələrin əsaslı emalı yolu ilə yaranır. Arıların dənliyindəki nektar onun bala çevrilməsində vacib əhəmiyyəti olan və arıların xüsusi vəzilərində yaranan fermentlərlə zənginləşir. Bu zaman o,

lipid və üzvi turşularla zənginləşir. Mum şanılarda nektar əlavə emal olunaraq bala çevrilir və saxlanılır. Rütubət və çirklənmədən qorumaq üçün bal doldurulduqdan sonra özəklər mum qapaqlarla bağlanılır (möhürlənir). Balın tərkibində demək olar ki, bütün mikroelementlər var və onun tərkibi insanın qan plazmasına bənzəyir!

   Balın tərkibinə ən mühüm fermentlər daxildir: amilaza, katalaza, fosfataza. Tərkibində fitonsidlərin olması sayəsində bal mikrobları öldürmək təsirinə malikdir. Onun tərkibində B qrupu vitaminləri, riboflavin, piridoksin, pantoten turşusu, nikotin turşusu, biotin, foliy turşusu və K vitamini, həmçinin askorbin turşusu (vitamin C) var.

  Ürək-damar xəstəliklərinin profilaktikasında balın rolunu tədqiq edərkən qeyd edilmişdir ki, o, qanın reoloji xassələrini (qatılığı azaldır) və lipid mübadilə göstəricilərini təkmilləşdirir, arterial təzyiqi stabilləşdirir, aktivliyi artırır. Balda həmçinin təbii antibiotiklər tapılıb ki, bu da onun xəstəliklər törədən mikroflora ilə mübarizədə əhəmiyyətini göstərir.

  Balın özünəməxsus zülal tərkibi var: 100 qr balda 0,5-15% proteinlər və 0.6-5000 mq. aminturşular var. Balın bioloji fəallığının itirməsi 45-50C°-dən artıq qızdirildıqda, həmçinin qurğuşun və civənin təsiri ilə baş verir (avtomobil yollarının yaxınlığında çökən benzin buxarlarından). Vitamin C saxta balda yoxdur.        «Tentorium» şirkəti öz kompozisiyalarında əsasən Prikamsk Parmasının ekoloji təmiz rayonlarından, həmçinin digər münasib bölgələrdən olan şimal arılarının balından istifadə edir.

  Digər karbohidratlarla müqayisədə bal, şübhəsiz, üstünlüklərə malikdir: enerji itkilərini qısa zamanda bərpa edir, sakitləşdirici təsirə malikdir, tərkibində tarazlaşdırılmış miqdarda mikro və makroelementlər, vitaminlər, fermentlər, aminturşular, bakterisid və aromatik maddələr var, böyrəklər də daxil olmaqla ifrazedici sistem vasitəsilə asan təmizlənir, 8 həzm yolunun qıcıqlanmasına səbəb olmur. Bal əzələ hüceyrələri tərəfindən çox gözəl mənimsənilir, əzələ tonusuna kömək edir.

  Tərkibində dəmir, maqnezium və foliy turşusu olduğu üçün balın köməyi ilə uşaqlarda hemoqlobinin tərkibini artırmaq olar. Bal dişlərin çıxmasına kömək edir, əsəbi uşaqları sakitləşdirir, lazımi çəkini artırmağa yardımçı olur.

  Balın tərkibi:

• Şəkər, o cümlədən fruktoza (38%), qlükoza (31%), saxaroza (1,5- 3%), dekstrinlər (5%);

• Proteinlər (0,1-2,3%); • Mineral maddələr (01-02%);

• Su (18-20%); • Üzvi turşuların duzları (alma, limon cövhəri, çaxır turşusu, oksalat turşusu);  

• Makro və mikroelementlər (Ca, Fe, P, S, Mg, K, Cu, Ge, Au və s.);

• Fermentlər (invertaza, amilaza, qlikogenaza, fosfataza və s.);

• Vitaminlər (B1, B2, B3, B5, B6, H, K, C, E, PP, A, foliy turşusu);

• Fitohormonlar;

• Aromatik maddələr.

  Təsiri:

• Antibiotikdir (mikroblar, göbələkciklər, birhüceyrəli mikroorqanizmlərin fəaliyyətini dayandırır);

• Antiallergikdir;

• Antitoksik (orqanizmdən zəhərlərin çıxarılmasına kömək edir);

• Sakitləşdiricidir;

• Möhkəmləndiricidir;

• Tonusu artırır;

• Şüalanmaya qarşıdır;

• İltihab əleyhinədir;

• Şişə qarşıdır;

• Maddələr mübadiləsini tənzimləyir;

• Yaddaş və görmə qabiliyyətini yaxşılaşdırır;

• Dərinin strukturunu yaxşılaşdırır, onu cavanlaşdırır;

• Toxumaların güclənməsini stimullaşdırır;

• Bağırsaqların sekresiya fəaliyyətini tənzimləyir;

• Bağırsaqların mikroflorasına müsbət təsir edir;

• Həzm prosesini yaxşılaşdırır;

• Ürək, qaraciyər, böyrəklər, mədə, bağırsaqlar, ürək-damar, sinir və orqanizmin digər sistemlərinin fəaliyyətinə müsbət təsir edir;

• Şüalanma daxil olmaqla ətraf mühitin müxtəlif mənfi amillərinə dözümlülüyü artırır;

• Müxtəlif zəhərlərə dözümlülüyü artırır;

• Əqli və fiziki fəaliyyəti artırır;

• Cavanlaşdırır və uzunömürlülüyə kömək edir.

  Bal aşağıdakı xəstəliklərdə tövsiyə olunur:

• İşemiya, miokard distrofiyası;

• Anemiya;

• Asteniya;

• Nevrasteniya;

• Depressiyalar;

• Yuxusuzluq;

• Vegetativ nevrozlar;

• Baş ağrıları;

• Yaddaşın zəifləməsi;

• Yuxarı tənəffüs yolları və ağ ciyərin ağır və xroniki pozulması;

• Qastritlər;

• Mədə və onikibarmaq bağırsağın yarası;

• Enterit və kolit;

• Qəbiz;

• Qaraciyər və öd problemləri;

• Böyrəklərin xroniki pozulması;

• Maddələr mübadiləsinin pozulması;

• İmpotensiya;

• Sidik saxlaya bilməmək;

• Qadın xətəlikləri (uşaqlıq boğazının eroziyası, uşaqlıq və uşaqlıq yolunun iltihabı);

• Hamiləlik;

• Sınıqlar, yaralar, yanıqlar, donma, çiban;

• Göz iltihabı (konyuktivit, keratit, gözdə buynuz təbəqəsinin herpetik zədələnməsi və yanıqları);

• Gözün zəifləməsi, katarakta;

• Saçların tökülməsi;

• Dermatit (dəri iltihabı);

• İmmunitetin zəifləməsi;

• İdmançılarda məşqlərdən sonra itirilmiş enerjinin bərpası;

• Əqli və fiziki yorğunluq. 

   
   
© TENTORIUM