ARI SÜDÜ

66  Arı südü arıların verdiyi ən maraqlı məhsullardan biridir. Təsadüfi deyil ki, həm Qərbdə,həm də Şərqdə də onu qədimdən «kral jelesi» adlandırıblar, çünki onun alınma üsulu və saxlanılması böyük zəhmət tələb etdiyinə görə onu yalnız

kübar əyanlar, krallar, knyazlar istifadə edə bilərdi.

  Hazırda, yüksək inkişaf etmiş ölkələrdə bu məhsul müntəzəm olaraq qidada istifadə olunur. Məsələn, Yaponiyada bu məhsula gündəlik tələbat 200 ton təşkil edir! (müqayisə üçün, Rusiyada 1990-cı il məlumatına əsasən, arı südü hər il təxminən 60 ton istehsal olunub).

  Arı südünün dəyərli olması onun unikal tərkibi ilə müəyyən olunur. Onun tərkibində 30%-dək zülal, 55% yağlar, 17% karbohidrat və təxminən 1% mineral maddələr var. Bu tərkibin bu cür balansı demək olar ki, canlı təbiətdə yoxdur! Belə ki, zülallar hamısı əvəzolunmaz olan 22 aminturşu ilə təmsil olunub. Onun aminturşu tərkibi ət, süd, yumurtanın tərkibinə bənzərdir, lakin tərkibində beyinin normal fəaliyyəti üçün həyati əhəmiyyət daşıyan qlutamin və aspartan turşuları olduğuna görə onları üstələyir.

  Arı südünün zülalları insan qanının plazmasına bənzərdir, bu da onların, demək olar ki, itkisiz həzm edilməsinə imkan verir.

  Hələ yaxın keçmişdə arı südü seçilmişlərin qidası idi. Bu gün «Tentorium» şirkətinin məhsullarının tərkibinə insanın həyatını uzada  bilən və onu daha sağlam və xoşbəxt edə bilən təbiətin bu gözəl neməti daxildir!

  Kimyəvi tərkibi:

  • proteinlər (zülallar) əsasən 2:1 nisbətdə albumin və qlobulinlərlə təmsil olunub;

  • arı südünün zülalları qan zərdabı zülallarına oxşardır;

  • karbohidratlar (qlükoza, fruktoza, saxaroza);

  • mineral duzlar;

  • mikroelementlər;

  • A, D, C, B1, B2, B3, B6, B12, B15, PP, H, E vitaminləri, pantoten turşusu;

  • sərbəst yağ turşuları (15): kəhrəba turşusu,palmitin turşusu, stearin turşusu, desen turşusu və s.;

  • asetilxolin;

  • stearinlər;

  • süd turşuları;

  • lipidlər.

  Xüsusiyyətləri və orqanizmə təsiri:

  • mikroblara qarşıdır;

  • viruslara qarşıdır (qrip və stomatit viruslarına təsir edir);

  • bakteriostatikdir (qrammüsbət və qrammənfi kokklar, qarayara törədicisi, bağırsaq çöpləri və s.);

  • antibakterialdır;

  • şüalanmaya qarşıdır;

  • şişə qarşıdır;

  • antimutagendir;

  • vərəmə qarşıdır;

  • tonusu artırır;

  • maddələr mübadiləsini stimullaşdırır;

  • beyin qabığının hüceyrələrində maddələr mübadiləsinin və toxumalar tənəffüsünün normallaşmasına görə mərkəzi sinir sisteminə müsbət təsir edir;

  • uşaqlarda  boy atmasını stimullaşdırır;

  • orqanizmin qocalmasına mane olur;

  • ana arı südünün yüksək bioloji fəallığı ilə əlaqədar olaraq güclü biostimullaşdırıcı təsir edir;

  • spazmolitikdir (koronarolitik, bronxolitik);

  • qan yaranmasını yaxşılaşdırır (qanda hemoqlobin və eritrositləri artırır və leykositləri azaldır);

  • qan dövranı orqanlarının fəaliyyətini yaxşılaşdırır;

  • həzm orqanlarının fəaliyyətini yaxşılaşdırır;

  • daxili sekresiya vəzilərinin funksiyalarını bərpa edir (boğaz uru vəzisinə müsbət təsir edir, insulin ifrazatını stimullaşdırır);

  • qanda, beyin toxumaları və qaraciyərdə xolesterinin tərkibini azaldır və fosfolipidləri artırır, bunun müqabilində antisklerotik təsir edir;

  • tonusu və toxumaları yaxşılaşdırır;

  • arterial təzyiqi normallaşdırır;

  • laktasiyanı artırır;

  • yaddaşı gücləndirir;

  • gözün buynuz təbəqəsində regenerasiya proseslərini yaxşılaşdırır;

  • sümük sınıqlarının birləşməsini sürətləndirir;

  • iltihab əleyhinə təsir edir;

  • anabolik təsirə malikdir.

  Aşağıdakı xəstəliklərdə tövsiyə olunur:

  • soyuqlamalar: ağır respirator xəstəliklər, ağır respirator virus infeksiyaları, qrip;

  • yuxarı tənəffüs yollarının problemləri: xronik tonzillit, sinusit, yuxarı tənəffüs yollarınıın katarı, qaymorit, ağır farinqo-laringit, ağır traxeit;

  • ağır bronxit, ağır sətəlcəm, xronik bronx-ciyər pozuntuları: bronxit, sətəlcəm, ağciyərin emfizeması, bronxial astma;

  • ürəyin işemiyası, stenokardiya, kardioskleroz;

  • beyin, ürək, ayaq damarlarının aterosklerozu;

  • arterial təzyiqin stabilləşməsi üçün (hipertoniyada azalır, hipotoniyada artır);

  • mərkəzi sinir sisteminin funksional pozuntuları;

  • maddələr mübadiləsinin pozulması;

  • fiziki və əqli yorğunluğu götürür;

  • uşaqların boy artımında və inkişafında geriləmə;

  • yaşlı insanlarda həyat tonusunun artması üçün;

  • deformasiya edən artroz, poliartrit, podaqra;

  • mədə və onikibarmaq bağırsağın yarası;

  • xronik qastrit;

  • xronik qastroenterokolit;

  • sidik və öd yollarının xroniki pozuntuları;

  • seboreya, dermatit, ekzema;

  • ağciyərin vərəmi;

  •  anemiyalar;

  • gözün zəifləməsi, gözün torlu qişasının distrofiyası, katarakta;

  • eşitmənin zəifləməsi;

  • parodontoz;

  • pediatriya praktikasında (hipotrofiya, distrofiya xəstəliklərində);

  • müxtəlif mənşəli xronik qida pozuntuları və bağırsaq pozuntuları;

  • sinir sisteminə müsbət təsir edir;

  • sümük toxumasının inkişafı və möhkəmləsinə kömək edir;

  • süd verən analarda  laktasiya artırır, yeni doğulmuş körpələrin çəkisini bərpa edir;

  • qadınlarda klimakterik sindromu azaldır;

  • qadınlarda xronik adneksit;

  • kişilərdə xronik prostatit;

  • onkoloji pozuntuların profilaktikası.

Əks göstəriş: Addison xəstəliyi – sinonomi tunc rəngli xəstəlik (böyrəküstü vəzin qabığının xroniki çatışmazlığı). 

   
   
© TENTORIUM