ÇİÇƏK TOZCUĞU

1   Arılar sürfələrin qidalandırılması və özlərinin gündəlik istifadə etməsi üçün bitkilərdən çiçək tozunu toplayır. Baramadan təzə çıxmış cavan arı qidasında sürfəni cəmi üç gün istifadə etdikdən sonra qüvvətlənməyə və zəhər hasil

etməyə başlayır.

  Çiçək tozunun tərkibinə insan orqanizmində əmələ gəlməyən əvəzolunmaz aminturşular daxildir. Bu cür aminturşuların istifadəsi sayəsində insan kənardan xüsusi cavanlıq eliksiri qəbul edir.

 Çiçək tozu arıçılıq məhsullarının ayrıca qrupuna aid edilib, çünki həşəratlarla tozlanan bitkilərdən toplanan bu ağır yapışqanlı tozcuq əlavə olaraq arıların fermentləri ilə zənginləşir və küləklə tozlanan bitkilərin çiçək tozundan fərqli olaraq, allergik deyil.

 Çiçək tozu insanın qismən yeni istifadə etdiyi məhsuldur, ona görə bir çox insanlar onunla, demək olar ki, tanış deyil.

 Çiçək tozunda insan orqanizmində müxtəlif funksiya pozuntuları olanda ona müsbət təsir edən 50-ə yaxın bioloji aktiv maddələr aşkar edilmişdir. Bundan başqa, onun tərkibində orqanizmdə biokimyəvi proseslərin normal fəaliyyəti üçün vacib olan daha 240 maddə və 27 mikroelement vardır. İnsan orqanizmində əmələ gəlməyən əvəzolunmaz aminturşuların tozcuq-konsentratı hüceyrələr və fermentlərin yaranması üçün çox vacibdir. O, balanslaşdırılmış qidalanma formulunu unikal təmin edir. O, cavanlıq eliksiridir və onun istifadəsi sağlamlıq və fəal uzunömürlüyə aparan təbii yoldur.

 «Tentorium» şirkətinin istifadə etdiyi müasir texnologiyalar emal edilmiş tozcuğu təkmilləşdirilmiş apifitoməhsullar halında əldə etməyə imkan verir.

 Arı tozcuğunun tərkibi:

Tərkibində qanın zərdab zülallarına oxşar olan proteinlər (zülallar) (11-35%);

• Bütün əvəzolunmaz aminturşular;

• Karbohidratlar (qlükoza, saxaroza, fruktoza) (20-39%);

• Lipidlər (piy və piyəbənzər maddələr) (1-20%);

• Makro və mikroelementlər: kalium, kalsium, fosfor, dəmir, maqnezium, manqan, xrom, sink, yod və s.;

• Vitaminlər: karotinoidlər (provitamin A), C, D, E, B qrupları, P, PP, K və s.;

• Fitohormonlar;

• Flavonoidlər;

• Su (3-4%).

Təsiri:

• Skleroza qarşıdır;

• Maddələr mübadiləsini tənzimləyir;

• Antioksidantdır (hüceyrədaxili piylərin oksidləşməsinə mane olur və bu, şişlərin profilaktikasında və uzunömürlülük üçün vacibdir);

• İltihaba qarşıdır;

• Tonusu artırır;

• Göbələk xəstəliklərinə qarşıdır;

• Ümumi möhkəmləndirici;

• Cavanlaşdırır;

• Mikroblara qarşıdır;

• Viruslara qarşıdır;

• Şişə qarşıdır.

Çiçək tozu:

• əzələ və toxumaların inkişafını stimullaşdırır; qaraciyər toxumasının funksiyasını bərpa edir; qan laxtalanmasını bir az azaldır; qanda xolesterinin tərkibini azaldır; vegetativ-damar sistemini tənzimləyir; ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır; arterial təzyiqin səviyyəsini normallaşdırır; qanda şəkərin səviyyəsini azaldır; həzm prosesini normallaşdırır; sidik ifrazı və öd ifrazını stimullaşdırır; müxtəlif zəhərləri maddələrin orqanizmdən çıxarılmasını sürətləndirir; şüalanmaya qarşı; yaddaş və görmə qabıliyyətini yaxşılaşdırır.

• böyrəküstü vəzilərin funksiyasını stimullaşdırır; inşanın ətraf mühitin müxtəlif amillərinə dözümlüyünü artırır;

• bağırsaqda mikroorqanizmlərin inkişafını ləngidir və onun funksiyasını tənzimləyir;

• immun sistemini stimullaşdırır; iştahanı artırır;

• bədənin çəkisini bərpa edir və artırır; əqli və fiziki fəaliyyəti artırır;

• yorğunluq halında gücü bərpa etməyə kömək edir; stresslərə qarşı dözümlüyü artırır; kişilərdə potensiyasını artırır; prostat vəzinin hipertrofiyası əlamətlərinin azalmasına səbəb olur.

• dərinin vəziyyətini yaxşılaşdırır, onu cavanlaşdırır.

Çiçək tozu aşağıdakı xəstəliklərdə tövsiyyə olunur:

• ateroskleroz; • hipertoniya, hipotoniya; 

• işemiya, miokard distrofiyası, stenokardiya; 

• damarların varikoz genişlənməsi və digər ürək-damar problemləri;

• anemiya;

• trombozlara meyllilik;

• asteniya, nevrasteniya, depressiya;

• abstinent sindromu, vegetativ nevrozlar, baş ağrıları, yaddaşın zəifləməsi;

• xroniki bronxitlər, bronxial astma, sətəlcəm, ağ ciyərin vərəmi;

• ağciyərin absesi (irinlik)və ağciyərin digər problemləri;

• qastrit; • mədə və onikibarmaq bağırsağın yarası;

• enterit, kolit, nazik və yoğun bağırsağın digər pozuntuları;

• böyrəklərin xroniki xəstəlikləri, prostatit, vezikulit;

• prostat vəzisinin adenoması, impotensiya;

• maddələr mübadiləsinin pozulması, boy atmaqda geri qalma;

• hipo və avitaminoz;

• sınıqlar, yaralar, yanıqlar;

• idmançılarda məşqlərdən sonra itirilmiş enerjinin bərpası;

• konyuktivit, gözün zəifləməsi;

• saçların tökülməsi

• dermatit;

• immunitetin zəifləməsi;

• hamiləlik;

• əqli və fiziki yorğunluq;

• xroniki intoksikasiyalar (zəhərlənmə);

• radioaktiv şüalanma;

• yeni törəmələr. 

   
   
© TENTORIUM