ARI MUMU

 4 Mum arının mum vəzilərinin məhsuludur. Mumu yaratmaq üçün bu həşəratlar çiçək tozu, konservləşdirilmiş çiçək tozu (güləm) və baldan istifadə etməlidir. Mum təbəqələrindən arılar şanılar qurur.

  Mumun tərkibində təxminən 300 komponent vardır. Kimyəvi tərkibinə görə o, yağlarla oxşardır, lakin onlardan xeyli zəngin və müxtəlifdir. Arı mumunun dərman qismində istifadəsinə dair ilk məlumat e.ə. 1700-cü ilə aid olan Misirdə tapılmış «Ebers papirusunda» rast gəlinir. «İspanın Farmakopeyası» (1817-ci il) mumu qatran və yağların, həmçinin bəzi plastırların və s. birləşməsini təmsil edən 17 maz, 25 serat və rezinolatların hazırlanması üçün tövsiyə etmişdir.

  «Tentorium» şirkətinin texnologiyalarında arı mumu əhəmiyyətli rol oynayır. Belə ki,  drajelər-tərkibində mum olan mikrosferik örtüyə malikdir və nəticədə bu məhsul öz keyfiyyətini və bütün bioloji təsirini saxlamaqla uzun müddət istifadəyə yararlı olur.

  Bundan başqa, mikrosferik mum örtüyü drajenin tərkibini mədə şirəsinin təsirindən xeyli dərəcədə qoruyur və beləliklə, tozcuq, bərəmum və fitoekstraktların nazik bağırsaqda tam həzm edilməsinə kömək edir. 

   
   
© TENTORIUM