251ARI həzrətləri 

Qədim balın sirləri.
  Bal... Elə bu sözü eşidəndə insanın qəlbində sevinc hissi oyanır. O dəqiqə xoş təəssüratlar yaranır: uşaqlığımız,yay fəsli yada düşür,yaşıl çəmənlik,günəş... Gəlin razılaşaq – bu sözü hamımız çox sakit və etibarla qəbul edirik. Bizə bal təklif olunanda çox nadir halda etiraz edirik,çünki qəlbimizin dərinliklərində balın faydalı və müalicəvi əhəmiyyətini bilirik.


  Qədim vaxtlarda əczaxanalarda balı dərman kimi satardilar. Yazılan reseptlərdə balın tərkibində müalicəvi otlar da göstərilirdi. Bu qədim reseplər min illər müdriklər tərəfindən istifadə olunaraq tibbi kitablarda öz yerini tapmışdır .
  Bal ilə xroniki xəstəlikləri,ümumi yorğunluğu,zəifləmiş orqanizmi müalicə edirdilər. Tarixi məlumatlarda göstərilir ki,müharibə vaxtı yaraların üstünə bal ilə sarğı qoyurdular və bu yaraların fəsadsız, çapıqsız sağalmasına kömək edirdi.
  Bu gün farmokologiyanın çiçəklənən dövründə arı məhsullarından qənaətbəxş edilən dərəcədə istifadə edilir. Həkimlər xəstələrə ev şəraitində müalicədə bal və digər arı məhsullarını məsləhət görürlər.Təəssüflər olsun ki, eyni zamanda insanlara balın allergik olduğunu deyərək səf məlumat da verirlər.
  Praktika göstərir ki,əsil, təmiz, keyfiyyətli arı məhsullarından allergiyalar çox nadir hallarda olur, lakin bununla bərabər sitrus və antibiotiklərə qarşı allergiyaya 10 dəfə daha çox rast gəlinir.Həkim apiterapevtlər öz praktikalarında arısancma və arı məhsullarından istifadə etməklə, xəstəliklərin müalicəsində bu məhsulların təsirini görürlər. Sadəcə bu məhsullardan savadlı və düzgün şəkildə istifadə etmək lazımdır. Hətta Müqəddəs kitablarda arı və arı məhsullarının dəyərindən, xeyrindən məlumat verilir.   Pətəkdə gördüyünüz məhsullar qədim balın tərkibində olub. Ağacın köğuşundan yığılan pətəklər əzilərək bala qarışırdı. Həmin balın içində arının bütün komponentləri olurdu. Bu bal “sıxılmış” (qədim) bal adlanır.
  Rusiyanın "Tentorium" arıçılıq şirkəti danişdiğımız gədim balın sirrlərini dərindən öyrənmişdir. Bu şirkət qədim reseptlərə əsaslanaraq arı məhsularını hazırlayır və istifadəyə verir. Millətin və gələcək nəslin sağlam yaşaması və inkişafı üçün çox böyük işlər görür. Arı məhsulları haqqında çoxlu ədəbiyyətlar var ki, bunlar adı insanları və arı sevənləri bu məhsulardan düzgün istifadə etməyə yönəldir.
Arı dediyimiz sehirli biolaboratoriya bizə nə verir?
- Arı öz pətəyinə nə gətirir?
- Pətəkdə olan bu məhsullar insana nə üçün xeyirlidir?
- Bu günkü gündə bu nə qədər aktualdır?

BAL
BƏRƏMUM
ÇİÇƏK TOZU
GÜLƏM
ARI SÜDÜ
ARI ZƏHƏRİ
MUM  
ARI GÜVƏSİ
ARI ÖLÜSÜ
ERKƏK ARI SÜRFƏSİ
Gəlin araşdırma aparaq, görək ki, arı məhsulları həqiqətən hansılardır.
Arı məhsulu dedikdə insanlar birinci növbədə bal fikirləşirlər. Axı pətəkdə arının digər məhsulları da var ki, onlar haqqında məlumatımız çox azdır. Hər bir məhsul özü-özlüyündə güclü müalıcəvi əhəmiyyətə malikdir.
Qədimdə "bal min bir dərdin dərmanıdır" deyirdilər,çünki əzilmiş və ya sıxılmış baldan istifadə edirdilər ki, bunun tərkibində bütün komponentlər olurdu. Elmdə belə bir termin var (sinergizm effekti : 1+1> 2) yəni: 2 qüvvətli faktorun birləşməsi 3-cü quvvətli faktorun yaranmasına səbəb olur.
İndi isə qədim balın tərkibində olan bütün məhsulların qısa xarakteristikası ilə tanış olaq.
Bal - qiymətli karbohidratdır ki, əsası ağız boşluğunda asan sovrulan fruktozadır. Bütün orqanizmi qidalandırmaq, bərpa etmək,tonuslandırmaq keyfiyyətinə (gücünə) malikdir. Bal- insan orqanizminə enerji verən ideal bir qida məhsuludur. Yeni doğulmuş körpələr üçün də çox xeyirlidir-onlarda çəkinin artması, xəstəliklərə müqavimətini artırır, yaxşı inkişaf etməsinə kömək edir. Yaşlı  insanlar üçün də çox qiymətli bir qidadır. Belə ki, onlarda  mədə-bağırsaq sistemi tədricən zəifləyir və orqanizm əvvəllər asanlıqla öhdəsindən gələ bildiyi işi artıq görə bilmir. Diqqətinizə çatdırmaq istərdik ki,mədə -bağırsaq sisteminin normal işi üçün 1500-ə yaxın ferment lazımdır. Adi gündəlik rasionda qida ilə 800-900 ferment almaq olar, lakin təkcə balın(qədim balda) tərkibində 1200 ferment var. Məhz buna görə bal mədə-bağırsaq üçün ən yaxşı köməkçidir və balı hər gün istifadə etmək lazımdır. Praktiki olaraq balı bütün qida məhsulları ilə istifadə etmək olar. Bal orqanizmin enerji çatışmazlığında, xroniki yorğunluğunda, stasianar müalicədən sonra orqanizmin bərpasında istifadə olunur,eyni zamanda toksinlərdən azad edir. Bal - təkcə dadlı deyil, bu həm də sağlamlıq, cavanlıq,uzun ömür deməkdir. Bal- ən asan həzm olunan bir qida məhsuludur.
Çiçək tozu - balanslaşdırılmış polivitamin superkompleksidir,tərkibində 400-dən çox vacib qidalı komponentlər var. Dünyada elə labaratoriya yoxdur ki, bu qədər lazımlı birləşmələri bir qidada toplasın. Diqqətinizə çatdirmaq istərdik ki, ən mürəkkəb polivitaminlərin tərkibində 10-15 kompleks birləşməsi var və bundan artıq olarsa, mexanizmdə dəyişikliklər baş verər. Xalq arasında çiçək tozuna əlaçı məhsulu da deyilir. Bunu müntəzəm qəbul edən şagird və tələbələrin zehni, yaddaşı, məntiqi güclənir.Bolqar alimi, apiterapevt N.P.Yoriş monoqrafiyalarında deyir: “Elə bir xəstəlik yoxdur ki,ona çiçək tozu yaxşı təsir etməsin”. Bir çay qaşığı çiçək tozu ilə günü başlayıb və bitirmək lazımdır. Çiçək tozu bütün yaş həddləri üçün unikal vitamin kompleksidir .
Güləm (Perqa, Polen) - arılar pətəkdə çiçək tozunu balla qarışdırır xüsusi vəzlərində hasil olunmuş fermentlər əlavə edərək onu şanılarda döyəcləyərək ora doldururlar ki burada da tədricən yeni, tamamilə çox qiymətli məhsula güləmə çevrilir. Güləmin tərkibində küllü miqdarda fermentlər, o cümlədən əvəz olunmaz aminturşuların bütün spektorları vardır ki,bunlar da bütün canlılar üçün əsas tikinti materialıdır. Əhəmiyyəti və dəyərinə görə bunu çörəklə müqayisə etmək olar.Güləm - reproduktiv sistemdə bir çox pozuntuları effektiv surətdə aradan galdıraraq bərpa etdiyi üçün onu həmçinin uşaq doğma məhsulu da adlandırılar.Orqanizmin klimakterik dəyişmələrinin simptomlarının “40 – dan” sonra baş galdırdiğı vaxtda güləm çox faydalıdı.
Bərəmum - güclü təbii antibiotikdir, potogen mikrofloranı məhv edir. Bu dövrdə mikrob və virus əleyhinə bundan qiymətli başqa bir vasitə tapa bilmərik. Bərəmum – viruslara, vərəm çöplərinə, salmonelioza və s. müqavimət göstərə bilir və bununla bərabər bağırsaqda lazım olan mikrofloranı saxlayır. Bərəmumun heç bir əks göstərişi yoxdur,onu istənilən yaşda və  formada qəbul etmək olar. Bərəmum – immun sistemi bərpa edir, insani keyfiyyətləri yaxşılaşdırır.
Arı südü - təbiətin daha bir möcüzəsidir. Pətəkdə bütün arılar 1,5 - 4 ay yaşayır,ancaq pətəyin- ana arısı arı südü ilə qidalanaraq 5-6 il yaşayır. Çox maraqlıdır ki, hər hansı sürfəni arı südü ilə qidalandırsalar o, ana arıya çevrilir. Deməli, həqiqətən arı südü hüceyrələrin ömrünü uzadır,genetik pozulmaları aradan qaldırır. Arı südü hətta az dozalarda da orqanizmə təsir edir. Arı südü ilə qidalandırılmış hüceyrələrə virus yerləşə bilmir.
Arı zəhəri – hər bir insan həyatında bir dəfə də olsa arı sancması ilə rastlaşıb. Arı zəhəri qanı duruldaraq endokrin sistemin fəaliyyətini yaxşılaşdırır. Arı zəhəri arı südü ilə birgə, radikulitdə, revmatik ağrilarda,sinir sisteminin bərpasında lazim olan məhsuldur.

Mum - baxmayaraq ki mum qida məhsulu sayılmır bütün arı məhsulları kimi lazımlı maddələrlə zənqindir, onu çeynəmək və udmaq olur.
Mum ərimir və orqanizm tərəfindən mənimsənilir, ancaq mədə -bağırsaq sistemindən keçərək toksinləri özünə çəkib orqanizimdən xariç edə bilir. Deməli, mum mədə - bağırsaq sistemini mükəmməl təmizləyicisidir.
Arı güvəsi – arının digər bir məhsuludur. Arı güvəsinin tərkibində qiymətli ferment olan serraza vardır. Serraza ən mürəkkəb yağları parçalayır. Orqanizmdə yaranan bu mürrəkəb yağlar çox ciddi xəstəliklərin əsasını qoyur və tez qocaldır. Yaşla bağlı olaraq bu fermentlər orqanizmdə kəskin şəkildə azalır, məhz buna görə bu fermentləri gündəlik qidamıza əlavə etmək vacibdır.
Arı ölüsü - arının xitin örtüyündə çox qiymətli polimerlər var ki, bu  tanıdığımız xitozanlardan fərqlənir.Arı xitozanı orqanizmdə daha effektli işləyir. Bu sorben orqanizmi zəhərləyən toksinlərdən, radiasiyadan təmizləyə bilir. Belə ki, başqa cür təmizləmə yolu ilə bunu xaric etmək olmur.Arı ölüsü -çox güclü immunokorrektordur.Stresslərin,yorğunluğun, qocalma prosessinin qarşısını alır. Xalq təbabətində prostat vəzinin müalicəsində əsas və vacib vasitələrdən sayılır.
Erkək arı sürfələri(trutnevoye moloçko) – bu məhsulu erkək arı mayalarından alırlar – tərkib xüsusiyyətlərinə görə arı südünün xüsusiyyətlərinə yaxındır, ancaq endokrin sisteminə yönəmlidir. Bu klimaks dövrü,cinsi zəifləmə,prostat və 40 yaşından sonrakı klimakterik dövr üçün əvəz olunmaz bir məhsuldur.
Həqiqətən təbiət  elə möcüzələr yaratmışdır ki, elm nəinki onun oxşarını yaratmaqda acizdir,hətta bunun quruluşunu və necə işləməsini  izah etmək iqtidarında deyil.

 

"API" sağlamlig mərkəzinin direktoru,  apidietoloq  Sevinc Ağayeva  

   
   
© TENTORIUM